Üzərlik yandırmağın faydaları


Maraqlıdır ki, yunan dilində üzərliyin adı «kömək etmək, xilas etmək» kimi tərcümə olunur. Qədim zamanlardan bu otun tüstüsünü evlərə verirdilər.

Qədim inanclara görə bu otun tüstüsü evləri qara qüvvələrdən təmizləyir. Bundan əlavə keçmişdə müxtəlif xəstəliklərin epidemiyaları zamanı bu otun tüstüsünü xəstə insanlar olan evlərə verirdilər. Yenidoğulmuş olan evdə də bu ot mütləq yandırılırdı. Bununla bizim qədim əcdadlarımız uşağı həm qara qüvvələrdən, həm də infeksiyalardan qoruyurdu.
Davamı →

Üzərlik antidepresant təsir göstərir

Stresslə mübarizədə köməkçi olan üzərlik otunun bir çox faydası var. Bu ot sinir sisteminin gərginliyini, yuxusuzluq problemi və daha bir çox narahatlığı aradan qaldıran ən təsirli bitkilərdəndir.

Üzərlik otunun faydaları 
— Sinir sisteminə müsbət təsir edir. 
— Bəlğəm qovucudur. 
— Saç tökülməsinə mane olur. 
— Sulu eqzema şikayətlərini aradan qaldırır. 
— Mədə və qulunc ağrılarına da faydalıdır. 
— Sidik yolu problemlərinə qarşı təsirli olduğu deyilir.

— Bağırsaq mikroblarını və bakteriyaları öldürmək gücünə malikdir. 
— Parkinson xəstəliyinə və yuxusuzluğa qarşı faydalıdır. 
— Antidepresant təsirləri ilə depressiyanın müalicəsində faydalı ola bilər. 
— Yaraların yaxşılaşmasına kömək edir. 
— Cinsi gücü və istəyi artırdığına dair inam vardır.
Ardı →